İçeriğe geçmek için "Enter"a basın

Bakıda polisin qanuni tələblərinə əməl etməyən taksi sürücüsü həbs edildi

07-07-2020

[r32]
2020-07-07T19:35:36 xeber –

Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.


mənbə :
Report.az

Bakida polisin qanuni teleblerine emel etmeyen taksi sürücüsü hebs edildi