İçeriğe geçmek için "Enter"a basın

Dünən bayram satış yarmarkaları başladı

27-12-2014

bayramyarmar

Bu gün dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları başlayıb.

 Yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün digər ərzaq məhsulları çıxarılıb.

Yarmarkaların paytaxtın əvvəlcədən müəyyən olunmuş aşağıdakı rayonlarında və ünvanlarında – Xətai rayonu – Ukrayna dairəsinin yanı; Nəsimi rayonu – S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi; Yasamal rayonu – Şərifzadə küçəsi 1, Rabitə və Nəqliyyat Kollecinin arxası; Nərimanov rayonu – metronun “Gənclik” stansiyasının yanı; Səbail rayonu – Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, 239 nömrəli məktəbin arxası; Suraxanı rayonu – Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, və Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12; Binəqədi rayonu – Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, “Elit” Ticarət Mərkəzinin yaxınlığı keçirilməsi qərara alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov deyib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 50 qəpiyə, kartof 60-80, soğan 30-40 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-11 qəpiyə satılır.

Bayram yarmarkasında qoyun ətinin kiloqramı – 5 manat 50 qəpik – 6 manata, mal əti – 5 manat – 5 manat 50 qəpiyə, quş əti – 2 manat 20 qəpik – 4 manata, üzüm – 2 manat – 2 manat 60 qəpiyə, pomidor – 1 manat 30 qəpiyə – 2 manata, xurma – 1 manat – 1 manat 10 qəpiyə, heyva – 50 qəpik – 1 manat 20 qəpiyə, naringi – 70 qəpik – 1 manat 20 qəpiyə, nar – 1 manat -1 manat 50 qəpiyə, yerkökü – 50 qəpik – 1 manat 20 qəpiyə, xiyar – 60 qəpik – 1 manat 50 qəpiyə, alma – 35–80, kartof – 70-90, çuğundur – 40-80, soğan– 35-90, kələm – 50-70 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.

Dekabrın 31-dək davam edəcək yarmarkaya ümumilikdə isə 70,5 ton məhsul çıxarılacaq.

Dünən bayram satış yarmarkaları başladı