İçeriğe geçmek için "Enter"a basın

Bu gecə şəhid olan baş leytenant….

13-07-2020


[r32]
Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik davam edib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Sosial şəbəkələrdə baş leytenantın fotosu yayılıb. Bildirilir ki, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olub.

Şəhid baş leytenantın ailəsində 10 il əvvəl də faciə olubmuş
Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid olub.

“Qafqazinfo” şəhidin ailəsiylə bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, təxminən 10 il bundan qabaq onun ailəsində daha bir faciə yaşanıb. Şəhidin yeniyətmə qardaşı Rəis Mahmudov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid R. Mahmudov ailənin tək övladı olub. Subay olan şəhidimiz anası ilə birgə yaşayıb. Onun valideynləri uzun müddət əvvəl ayrılıblar.

Biləsuvarın Aşağı Cürəli kənd bələdiyyəsinin sədri Ruslan Səidov məlumatları saytımıza təsdiqləyib. O qeyd edib ki, şəhidin nəşi hələ doğma kəndinə gətirilməyib.

Bu gecə şəhid olan baş leytenant….