İçeriğe geçmek için "Enter"a basın

Zərdab İcra Hakimiyyətində əməliyyat

29-07-2020


[r32]
Xəbər verdiyimiz kimi, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.
*****
Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə yayılan məlumatlar əsassızdır.
Bu barədə Axar.az-a Zərdab İcra başçısının köməkçisi Səməd Cəfərov deyib. O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:
Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini başçı Mərdan müəllim 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb“.
Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.

Zərdab İcra Hakimiyyətində əməliyyat