İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan 600-dən çox rusiyalını vətəninə yola salıb

31-07-2020

[r32]
xeber –

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

“Report” TASS-a istinadən xəbər verir ki, 600-dən çox Rusiya vətəndaşı cümə axşamı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüb.

Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov da faktı təsdiq edib. Onun sözlərinə görə, 648 Rusiya vətəndaşı Azərbaycandan vətənə qayıdıb.


mənbə :
Report.az

Azerbaycan 600-den cox rusiyalini vetenine yola salib