İçeriğe geçmek için "Enter"a basın

162 nəfərlik təyyarə yoxa çıxdı

28-12-2014

indoneziyaAzadliq.az – İndoneziyadan Sinqapura uçan Malayziyaya məxsus AirAsia Havayollarına aid Airbus 320-200 tipli təyyarə radarlardan itib və əlaqə kəsilib. Paytaxt Cakartanın dispetçer məntəqəsi yerli vaxtla 07:24-də QZ8501 reysiylə əlaqəni itirdiyini bildirib.

Qeyri-adi başqa bir marşrut tələb edib

İndoneziya nəqliyat nazirliyinin səlahiyyətlisi Hadi Mustafa bildirib ki, ən son əlaqə kəsilmədən öncə pilot, qeyri-adi başqa bir marşrut tələb edib.

Pilot pis hava şəraiti ilə bağlı yüksəkliyini azaltmağı tələb edib. Ancaq pilot son olaraq heç bir kömək istəməyib. Ehtimal edilirki təyyarə bir anlıq hadisə ilə qarşı qarşıya qalıb.

 

Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub. Artıq təyyarənin düşdüyü ehtimal edilən ərazidə axtarış-xilastmə işlərinə başlanıb.

1996-cı ildə Malayziya mərkəzli uçuşlara başlayan və ekonomik uçuşlara uyğun dizayn edilən Air Asia, Asiya qitəsində təxmini 25 ölkəyə səfər edir.

Xatırladaq ki, bu il mart ayının 8-də Malayziya Havayollarına aid bir təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq hava limanından səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.

İyulun 17-də Ukrayna üzərində Malayziya təyyarəsi vuruldu. 298 adam həlak oldu.

Azadlıq.az

162 nəfərlik təyyarə yoxa çıxdı