İçeriğe geçmek için "Enter"a basın

Belarusda prezident seçkiləri başa çatdı 

09-08-2020

[r32]
xeber –

Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb. 

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib. 

Ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb. 


mənbə :
Report.az

Belarusda prezident seckileri basa catdi