İçeriğe geçmek için "Enter"a basın

ƏƏSMN 190 manatın verilməsini başa çatdırıb

21-08-2020

[r32]
xeber –

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax , Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə 190 manat birdəfəlik ödənişlərin verilməsini başa çatdırıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitləri həmin rayonar üzrə  işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxsləri əhatə edib.

Ödəniş aprel-may aylarında birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı həmin 13 şəhər və rayona aid olan şəxslərə təyin edilib. Vəsait may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən onlara verilmiş kartlar üzrə hesablara köçürülüb.

Ödəmə 272 min şəxsi əhatə edib və bunun üçün 52 milyon manat vəsait yönəldilib.

Bu, artıq pandemiya dövründə dördüncü ödənişdir və bundan əvvəl isə aprel və may aylarında hər ay ölkə üzrə 600 min şəxsə, iyul ayında 16 şəhər və rayon üzrə 283 min şəxsə bu ödəmə edilib.

Beləliklə, COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – 190 manat birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib.

15:20

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür: “Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsi əhatə edir. Bu artıq 4-cü ödəmədir. Bu məqsədlə ümumilikdə 333 milyon manat vəsait sərf olunub”.


mənbə :
Report.az

EESMN 190 manatin verilmesini basa catdirib