İçeriğe geçmek için "Enter"a basın

"Qəbələ"nin futbolçusu: "Ən ədalətli nəticə heç-heçə idi"

25-08-2020

[r32]
xeber –

“Bu, mövsümdə ilk oyun idi. Həmişə birinci qarşılaşma çətin olur. Buna baxmayaraq, hər iki komanda yaxşı futbol nümayiş etdirdi”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Asif Məmmədov evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Komandasının mövsümdə ilk qoluna imza atmış təcrübəli yarımmüdafiəçi görüşün çox maraqlı və qarşılıqlı hücumlar şəraitində keçdiyini bildirib. Onun fikrincə, hər iki komanda qalib gəlmək, mövsümə 3 xalla başlamaq istəyib: “Uzun fasilədən sonra ilk rəsmi matçımız idi. Bu üzdən, çətin olacağını öncədən hiss edirdik. Amma meydana çıxandan sonra bu çətinlik arxada qaldı. Qol vurduğum epizoda gəlincə, qayıdan, ikinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır. Oyunun gedişində olan epizod idi ki, bu da qolla nəticələndi”.

İlk turun nəticəsini ədalətli hesab edən Məmmədov Premyer Liqadakı uzunmüddətli fasilənin komandaya mümkün təsirindən də danışıb: “Rəqib də hücumlar təşkil edirdi. Bu matçda həm uda, həm də uduza bilərdik. Ən ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın qol şansları oldu, amma istifadə edə bilmədi. Qarşıdakı fasilənin komandaya həm müsbət, həm mənfi təsiri ola bilər. İlk turda pis oynamadıq. Bu səbəbdən, oyunlar davam etsəydi, daha yaxşı ola bilərdi. Digər tərəfdən, komandaya yeni oyunçuların gəlişi gözlənilir. Bu müddətdə yoxlama oyunlarının keçirilə biləcəyini də nəzərə alsaq, onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”.

Qeyd edək ki, Asif Məmmədov “Zirə” ilə oyunun 3-cü dəqiqəsində fərqlənib. 


mənbə :
Report.az

"Qebele"nin futbolcusu: "En edaletli netice hec-hece idi"