İçeriğe geçmek için "Enter"a basın

Məşhur futbolçuya qarşı rəsmi ittiham irəli sürüldü

05-09-2020

[r32]
xeber –

Düseldorf prokurorluğu Almaniya millisinin sabiq futbolçusu Kristof Metselderə uşaq pornoqrafiyasının yayılmasına görə rəsmi ittiham irəli sürüb.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, istintaqın nəticələrinə əsasən, veteran müdafiəçi 2019-cu il 9 iyul – 1 sentyabr tarixləri arasında 3 nəfərə bununla bağlı oxşar sənədlər göndərib.

Həmin şəxslərin məhkəməyə şahid qismində çıxacaqları bildirilib.

2019-cu ildə kriminal polis bölməsinin Metselderin evində apardığı araşdırma nəticəsində uşaq pornoqrafiyasına aid 297 sənəd aşkarlanıb.

Qeyd edək ki, Metselder ölkəsində “Bavariya” və “Şalke”, İspaniyada isə “Real Madrid”in formasını geyinib. O, millinin heyətində 2002 və 2006-cı illərdəki dünya çempionatlarında müvafiq olaraq gümüş və bürünc medallar qazanıb. Keçmiş futbolçu 2008-ci ildəki Avropa çempionatında isə komandasının finaladək irəliləməsinə kömək edib.


mənbə :
Report.az

Meshur futbolcuya qarsi resmi ittiham ireli suruldu