İçeriğe geçmek için "Enter"a basın

Mehdiyevin kürəkəni ağlayaraq bağışlanmasını istədi

07-09-2020


[r32]
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb. O, qızının toyunun videosunun yayılmasının təxribat olduğunu bildirib.

Karantin rejimində qızına toy etdiyi üçün inzibati qaydada 15 sutka həbs edilən və bu gün azadlığa çıxan İlham Əliyev üzr istəyib.O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.

O, üzr istəyərkən göz yaşlarına hakim ola bilməyib: “Mən cürət edib cənab prezidentin qarşısında, çox hörmətli Mehriban xanım Əliyevanın qarşısında, cəmiyyətimiz qarşısında üzr istəyirəm. Qız övladıdır, hisslərimi cilovlaya bilmirəm. Mümkünsə, məni bağışlasınlar”.

Sabiq deputat qaynatası Ramiz Mehdiyevə qarşı ittihamların da qərəzli olduğunu iddia edib:“Nəinki Ramiz Mehdiyev, eləcə də onun bütün ailə üzvləri bu hakimiyyətə sadiqdirlər və ölənədək də sadiq qalacaqlar”.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi. Görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.
***

Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.
Musavat.com xəbər verir ki, hər iki şəxsə avqustun 22-də 15 sutka müddətində cəza kəsilmişdi. Onlar cəza müddətləri başa çatdığı üçün azadlığa buraxılacaqlar.
Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

Mehdiyevin kürəkəni ağlayaraq bağışlanmasını istədi