İçeriğe geçmek için "Enter"a basın

Kadırov Putin üçün and içib

28-12-2014

kadirovputinÇeçenistan respublikasının lideri Kadırov əsgərlərin qarşısında çıxış edib və Putin-ə bağlılığını bildirib.

Anspress-in verdiyi xəbərə görə, Ramazan Kadırov and içib ki, o və əsgərləri vətəninə, Rusiya prezidenti Vladimir Putinə sadiqdir və sadiq qalacaq.

Çeçenistan lideri Ramazan Kadırov, Putini çeçen əsgərləri özünün xüsusi heyəti və döyüşçüləri hesab etməyə çağırıb.

“Çeçen döyüşçüləri Putinin əmri ilə istənilən şəraitdə xüsusi döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Putin Əhməd Kadırovun müracətinə bir dəfə də olsun “yox” cavabını verməyib. Bütün dünyaya səslənərək deyirəm ki, biz Putinin döyüşçüləriyik.

Rusiya prezidenti 15 ildir ki, çeçen xalqına kömək edir. İndi biz onunlayıq. Bizim 10 minlərlə xüsusi hazırlanmış döyüşçülərimiz var. Xahiş edirik ki, bizi Ali Baş Komandanın xüsusi qrupu hesab etsinlər”, deyə Kadırov bildirib.

Kadırov Putin üçün and içib