İçeriğe geçmek için "Enter"a basın

Paris dəhşətinin 1 NÖMRƏLİ şübhəlisi bəlli oldu - BELÇİKA VƏTƏNDAŞI

16-11-2015


16.11.2015 / 15:09 xeber –

Fransanı qan gölünə çevirən terrorun bir nömrəli şübhəlisinin Suriyaya qaçdığı bildirilir

 

 

 

 

Parisdə Fransa tarixinin ən qanlı terrorunu törədənlərin şəxsiyyəti müəyyənləşib.

 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şəhəri qana bulayanların kimliyi ortaya çıxdıqca, bu terrorun əsas təşkilatçısının şəxsiyyəti də aydınlaşıb.

 

Fransız polisi o şəxsin adını açıqlayıb: Abdelhamid Abbaoud

 

Fransalı rəsmilər bildirib ki, teraktların “beyni” belçika vətəndaşı olan Abdelhamid Abbaouddur və Parisdəki qanlı əyləmlərin əmrini o verib. Polis terrorun bir nömrəli şübhəlisinin hələ yaxalanmadığını və böyük ehtimalla Suriyaya qaçdığını bəyan edib.

 

Fransa prokurorluğu isə terakt iştirakçılarından birinin daha əvvəl terrorçuluqla ittiham edildiyini açıqlayıb.

 

 

Bu saata qədər Paris terroruna görə ölü və ya diri ələ keçirilən terrorçular bunlardır:

 

Salah Abdeslam, 26 yaş – axtarışdadır

Mohammed Abdeslam – Belçikada həbs edilib

Brahim Abdeslam, 31 yaş – Volter Bulvarında özünü partladıb

İsmail Ömər Mostefai, 29 yaş – Bataklan konsert salonunda öldürülüb

Bilal Hadfi, 20 yaş – “Stade de France” stadionunda ölürülüb

Sami Amimour, 28 yaş  – Bataklan öldürülüb

Əhməd əl Muhammed – “Stade de France”da özünü partladıb

Abdelhamid Abbaoud – hazırda Suriyada olduğu ehtimal edilir

 

Daha 4 nəfər terrorçu isə polislə toqquşma zamanı öldürülüb.

mənbə :
lent.az

Paris dehşetinin 1 NÖMRƏLİ şübhelisi belli oldu – BELÇİKA VƏTƏNDAŞI