İçeriğe geçmek için "Enter"a basın

Adriatik dənizində gəmi faciəsi

28-12-2014

yanangemi

Yunanıstanın Patra limanından İtalyaya yola çıxan 478 nəfərlik  sərnişin gəmisi bilinməyən bir səbəbdən yanmağa başladı. Gəmidəki sərnişinlərdən 54 nəfərinin türk olduğu söyləndi. Sərnişinlərin yeni il tətili üçün İtaliyaya getdiyi bildirildi. Sərnişinlərdən başqa gəmidə 200-ə qədər nəqliyyat vasitəsi də vardır. Qarajın qapısının arasında qalan 1 nəfərin öldüyünü 150 nəfərə qədər sərnişinin  başqa gəmilərə daşıyaraq xilas edildiyi bildirildi.

Hadisə nəticəsində ölənlər, itkin düşənlər var. Xilasetmə işləri hələ də davam etdirilir.

Bu dəqiqələrə qədər Türkiyə vətəndaşlarından 2-sinin cəsədi aşkarlanıb. 4 nəfər isə itkin düşüb.

Qeyd edək ki, İtaliya bayrağı altında üzən gəmi Yunanıstanda İtaliyanın Ankon limanına tərəf hərəkət edirmiş. Gəmidə 422 sərnişin və 56 ekipaj üzvləri var. 150-yə yaxın insan yanan gəmidən evakuasiya edilib.

Azadliq.az

Adriatik dənizində gəmi faciəsi