İçeriğe geçmek için "Enter"a basın

ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Azərbaycan Prezidentinə 100-dən çox yaşı olan qılınc hədiyyə edib

13-01-2021

[r32]
14:50 xeber –

ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

APA-nın məlumatına görə, Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu, Qələbəni əks etdirir: “Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var. Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var”.

Prezident İlham Əliyev təşəkkürünü bildirib: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm”.


mənbə :
www.ona.az

İCESCO-nun Bas direktoru Qelebe munasibetile Azerbaycan Prezidentine 100-den cox yasi olan qilinc hediyye edib