İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda son sutkada 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

28-02-2021

[r32]
15:18 xeber –

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.


mənbə :
www.ona.az

Azerbaycanda son sutkada 270 nefer COVİD-19-a yoluxub, 117 nefer sagalib, 2 nefer vefat edib