İçeriğe geçmek için "Enter"a basın

Myanmada toqquşmalar zamanı 6 nəfər ölüb

28-02-2021

[r32]
18:34 xeber –

Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb. 

Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb. 

Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.


mənbə :
www.ona.az

Myanmada toqqusmalar zamani 6 nefer olub