İçeriğe geçmek için "Enter"a basın

Yevlaxda iki minik avtobobili toqquşub, 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

28-02-2021

[r32]
20:19 xeber –

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır


mənbə :
www.ona.az

Yevlaxda iki minik avtobobili toqqusub, 2 nefer olub, 3 nefer agir xesaret alib