İçeriğe geçmek için "Enter"a basın

Putinin rəqibi Boris Nemtsov öldürüldü

28-02-2015

borisss

Obama : “Biz Rusiya hökumətini tez, qərəzsiz və şəffaf istintaq aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.”

Moskvada qətlə yetirilən tanınmış siyasətçinin ölümündən əvvəl verdiyi son müsahibələrində səsləndirdiyi kəskin antiiqtidar fikirləri yenidən medianın gündəmindədir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Nemtsov ölümündən yarım saat əvvəl “Radio Vesti” radiosuna verdiyi müsahibəsində Ukrayna hərbçisi Nadejda Savçenko haqda, həmçinin müxalifətin martın 1-nə təyin etdiyi marşdan danışıb. Nemtsov müsahibəsində Kreml siyasətinə qarşı təşkil ediləcək mitinqdə iştirak etmələri üçün bütün rusiyalılara səslənmişdi. O yenə də, Rusiyanın Ukrayna siyasətini və uğursuz iqtisadi siyasəti kəskin pisləmişdi.

Bununla yanaşı Nemtsovun anası ilə bağlı “Sobesednik” saytının “Salam, ana” rubrikasına verdiyi müsahibəsində də maraqlı detallar diqqəti çəkib. Belə ki, jurnalist Nemtsovdan anasının ondan Putini danlamaqdan nə zaman vaz keçəcəyi ilə bağlı soruşub-soruşmadığını öyrənib. Siyəsətçi isə cavabında bildirib ki, anasına zəng edərkən o daim deyir: “Oğlum, sən nə zaman Putini danlamaqdan vaz keçəcəksən? O səni öldürəcək”.

Daha sonra jurnalist Nemtsovdan Putindən qorxub-qorxmadığını soruşur. Siyasətçi isə bildirir ki, o qədər də yox: “Əgər mən qorxsaydım, çətin ki müxalif partiyasına liderlik edərdim, çətin ki, indi məşğul olduğum işlə məşğul olardım”.

Ölməsəydi Putinlə bağlı o sənədi yayacaqdı – İddia

Müxalif siyasətçi, Nemtsovun həmkarı İlya Yaşin isə onun ölümündən əvvəl əlində maraqlı materialların olduğunu deyib. Yaşin bildirib ki, sonuncu dəfə Nemtsovla görüşəndə o, “Putin və müharibə” adlı kitab yazmaq planından danışıb. Onun sözlərinə görə, Nemtsovun əlində Ukrayna ərazisində rus Silahlı Qüvvələrinin iştirakını sübut edən təkzibedilməz materiallar olub və siyasətçi onları dərc etməyi planlaşdırmışdı.

boris2

Putinin rəqibi Boris Nemtsov öldürüldü