İçeriğe geçmek için "Enter"a basın

Cüdoçular Bakıda aksiya keçiribler – Şekil

28-02-2015


28.02.2015 15:33 xeber –

Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçirirlər.

ANS PRESS-in hadisə yerində olan müxbirinin sözlərinə görə, cüdoçularımız məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Elxan Məmmədov da iştirak edir.

Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.



Mənbə : Anspress.com

Cüdoçular Bakıda aksiya keçiribler – Şekil