28.02.2015 / 15:54 xeber –
“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın olduğu avtobusa hücum olub. Lent.az-ın fanatik.com.tr-yə istinadən məlumatına görə, klub prezidentinə Konya hava limanında bir qrup azarkeş etiraz edib. Ə.Yıldırım azarkeşlərlə dialoqa girməyərək, VİP qapısından çıxıb.
Bundan sonra azarkeşlər klub prezidenti və idarəediciləri aparan avtobusa hücum ediblər. Onlar avtobusu təpikləyib. Mühafizəçilərin müdaxiləsindən sonra ara sakitləşib.
Mənbə : Lent.az