İçeriğe geçmek için "Enter"a basın

ABŞ səfirliyinin maşını qəzaya uğradı

28-12-2014

motsiklet

Bu gün axşam saat 22 radələrində  Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə həlak olub. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb. Kaskın nə qədər önəmli olduğunu motosiklet istifadə edənlərin bilməsi lazımdır.

Qəza ilə bağlı hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma gedir.
Mənbə
Virtualaz.org

ABŞ səfirliyinin maşını qəzaya uğradı