İçeriğe geçmek için "Enter"a basın

Bacısı ile eşq yaşayan imperatorun filmi

28-02-2015


28.02.2015 / 16:34 xeber –

Ən qalmaqallı filmlər” LAYİHƏ 
 

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində erotik filmlər müəllifi kimi tanınan, italyan rejissor Tinto Brassın “Kaliqula” filmini təqdim edir.

 

Brass 1933-cü ildə Milanda anadan olub, hüquq kollecini bitirib.

 

Sonra Parisə gedərək burda Fransa Sinematekasının arxivində işləyib. 

 

İtaliyaya qayıdandan sonra rejissor assistenti kimi işə başlayan Brassın ilk qısametrajlı filmləri publikanın diqqətini çəkmişdi.

 

Yaradıcılığının ilk illərində müxtəlif janrlarda işləyən rejissoru bu səbəbdən italyan kinosunun “orkestr adamı” adlandırırlar. O, tipik italyan komediyalarından tutmuş fantastikaya kimi çox janrda işləyib.

 

Brass 1963-cü ildə özünün kinoda debütünü edir və “Kim işləyirsə o, itirib” dramını lentə alır. Filmin baş qəhrəmanı gənc Bonifatsio iri şirkətdə çertyojçu işləyir. Amma Ermanno Olminin (italyan rejissoru-S.S.) “İşlər” filmini izləyəndən sonra daha şirkətdə çalışmaq istəmir, səhərdən axşama kimi Venesiyanın küçələrində veyllənir. Solçu dostları ilə vaxt keçirir.

 

Fantastika və komediya elementlərinin sintezi olan “Uçan boşqab” (1964) o dövrdə dəbə çevrilən kosmik səyahətlər, yad planetlilər mövzusuna parodiya idi. Jandarmeriya Venesiya yaxınlığında uçan boşqabın düşməsi haqda məlumat alaraq, təhqiqata başlayır.

 

Brass 1966-cı ildə çəkdiyi “Yanki” filmi ilə çoxunu heyrətləndirmişdi. Çünki o, banal vesterni sürreal təsvirlərlə çəkmişdi.

“Ürək döyüntüsü” (1967) janr etibarilə detektivdir. Bu filmin çəkilişləri zamanı rejissor italyan qrafiki Gido Krepaksın komikslərindən istifadə edib. Bu filmlə də Brass kinoda yeni komiks üslubu yaradır. Sonradan müasir kinematoqrafiyada bu üslub geniş yayılır. Filmin baş qəhrəmanı xəfiyyə Bernar gecə klublarından birində sarışın qadınla tanış olur. Bu zaman klubda qətl hadisəsi baş verir. Hadisələr də bunun ətrafında baş verir.

 

Brass 1983-cü ildə çəkdiyi “Açar” filmindən başlayaraq flmlərini kinoda vuayerizm temasına həsr edir. “Miranda” (1985), “Kapriççio” (1987), “Qırmızı bibər” (1991) və başqa filmlərdə tamaşaçı sevgililərin münasibətlərinin intim təfərrüatına kimi seyrçisinə çevrilir.

 

Erotik janrda çəkən Brass bir qayda olaraq bütün istehsalat prosesinə özü nəzarət edir, bununla da filmlərdə müəllif mövqeyini göstərməyə nail olur.

 

“Ən qalmaqallı filmlər” layihəsində rejissorun “Kaliqula” (1979) tarixi erotik filmini təqdim edirik.

 

Məlumdur ki, Kaliqula dünya tarixində özünün amansızlığı, əxlaqsızlığı, məkrli siyasəti ilə qalıb.

 

Antitotalitar film sayılan “Kaliqula”da Qədim Roma imperatorunun dövründəki əxlaqsızlıqlardan bəhs edilir.

 

 

Gələcək imperator Kaliqula Roma taxt-tacı uğrunda Tiberiya ilə mübarizəyə başlayır. Tiberiyanın ondan gec-tez qisas alacağını düşünmək Kaliqulanın psixikasını daha da zədələyir. Tiberiyadan sonra hakimiyyətə keçən Kaliqulanın əyyaş həyat tərzi, qəddarlığı, zadəganların əmlakını müsadirə etməsi sonda onun qətli ilə nəticələnir.

 

Filmin ikinci süjet xətti Kaliqulanın bacısı Yuliya ilə sevgi münasibətidir.

 

 

Film Amerikanın məşhur porno yönümlü olan “Penthaus” media şirkəti tərəfindən maliyyələşdirilib. Bu da filmin imicinin artıq əvvəlcədən ədəbsiz kimi formalaşmasında rol oynadı. Bu səbəbdən ssenari müəlliflərindən biri, məşhur amerikalı yazıçı Qor Vidal öz adını titrlərdən çıxartdırdı. Əxlaq keşikçiləri, xüsusən Vatikan filmi iyrənc, ikrah doğurucu adlandıraraq qadağan edilməsini tələb etdi. Dörd ilə çəkilən film bir sıra ölkələrdə yasaq edildi.

 

Mənbə : Lent.az

Bacısı ile eşq yaşayan imperatorun filmi