İçeriğe geçmek için "Enter"a basın

Türkler “Qanlı Yanvar”dan yazdı – Şekil

28-02-2015


28.02.2015 16:30 xeber –

Türkiyə mətbuatı fevralın 26-da İstanbulda qala gecəsi keçirilən rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmindən yazıb.

ANS PRESS-in məlumatına görə, dünəndən etibarən kinoteatrlarda nümayişinə başlanılan, Azərbaycanın müstəqillik yolunda keçdiyi keşməkeşli yoldan bəhs edən və real faktlar əsasında lentə alınan film qonşu ölkədə böyük marağa səbəb olub.

Türk mətbuatı qala gecəsini “Bu filmi anama ithaf edirəm”, “Azərbaycanın “Qanlı Yanvar”ı”,
“Azərbaycanın barəsində ən çox danışılan filminin İstanbul qalası” kimi başlıqlarla işıqlandırıb.

Filmin Xocalı soyqırımının ildönümü günü keçirilən qala gecəsində nümayişindən öncə aktyorlar və rejissor Vahid Mustafa Yev qırmızı xalıya çıxıblar. Filmdə ana rolunu canlandıran tanınmış türk aktrisası Nebahat Çehre “Qanlı Yanvar”da oynamaqdan qürur hissi keçirdiyini deyib.

Rejissor Vahid Mustafa Yev filmlə bağlı açıqlama verərkən bildirib ki, “Qanlı Yanvar” bütün türk dünyasının igidlərindən bəhs edən bir filmdir.

Xatırladaq ki, “Qanlı yanvar” filmi sovet ordusunun törətdiyi qırğından bəhs edir və həmin gecə baş verənləri Azərbaycan ailəsi olan Nərimanovların gözü ilə göstərir. İki qardaş – kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası – Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrənin canlandırdığı Xədicə xanım dayanıb. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı Nəbahət Çehrə və Leyn Devis kimi məşhur xarici aktyorlar da çəkiliblər.

'Kanlı Ocak' vizyonda by ulusalkanal







Mənbə : Anspress.com

Türkler “Qanlı Yanvar”dan yazdı – Şekil