İçeriğe geçmek için "Enter"a basın

Sabah sizi ne gözleyir-ASTROLOJİ PROQNOZ

28-02-2015


28.02.2015 / 16:41 xeber –

QOÇ – Uzaq səfərə çıxmağa dəyər. Çünki Göy qübbəsi deyilən istiqamətdə bəxtinizi parlada bilər. Kosmik məkanın astroloji mənzərəsi yaxınlarınıza laqeyd qalmamağı tövsiyə edir.

 

BUĞA – Böyük yeniliklər astanasındasınız. Bu səbəbdən də hazırkı sıxıntılarınıza görə narahat olmayın. Səbrli və ümidli olun ki, yaxınlaşmaqda olan sürprizlər sizdən yan keçməsin.

 

ƏKİZLƏR – Götür-qoy etmək limmitiniz başa çatdığı üçün konkret işə keçin. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.

 

XƏRÇƏNG – Ay bürcünüzdə olduğu üçün fiziki işləri azaltmalı, əsas diqqəti istirahətə yönəltməlisiniz. Yaxşı olar ki, saat 14-17 arası ziyarətə gedəsiniz. Pul sövdələşmələrini isə təxirə salın.

 

ŞİR – Əsas enerjinizi əməkdaşlıq istiqamətinə yönəldin. Elə taktika seçin ki, ətrafda ikrah oyatmasın. Sevgilinizlə romantik bir gəzintiyə çıxmaq, münasibətləri aydınlaşdırmaq üçün də düşərlidir.

 

QIZ – İstər sağlıq durumunuzda, istərsə də əməli fəaliyyətinizdə mövcud olan xoşagəlməzliklər artıq arxada qalacaq. Ona görə də qarşınızda duran öhdəliklərə layiqincə əməl edin.

 

TƏRƏZİ – Bəri başdan yadda saxlayın ki, bu təqvimdə çoxsaylı və maraqlı hadisələrlə baş-başa qalacaqsınız. İstər ailə-sevgi münasibətlərində, istərsə də fəaliyyətdə hər şey ürəyinizcə olacaq. 

 

ƏQRƏB – Həftənin ən ideal təqvimini yaşayacaqsınız. Ən böyük uğurlarınız isə məhəbbət aləmində baş verəcək. Əgər aktivlik göstərsəniz, nahardan sonra varlana da bilərsiniz. Uzaq yola çıxmayın.

 

OXATAN – Səhhətinizlə bağlı xırda narahatçılığınızı nəzərə almasaq, günün ümumi mənzərəsi xeyrinizə olacaq. Ələlxüsus da nahardan sonra cərəyan edən olaylara görə bu təqvimdən razı qalacaqsınız.

 

OĞLAQ – Çoxsaylı görüşlərdə iştirak edəcəyinizdən xəbər verən ulduzlar hansısa xoşagəlməzliklə rastlaşma ehtimalınızı təkzib edir. Əksinə, ətrafınızda olanların hər biri ovqatınızı yüksəldəcək.

 

SUTÖKƏN – Hiss olunur ki, darıxdırıcı məqamlar yaşamaqdasınız. Bəzən də düşünürsünüz ki, zülmətə bürünmüş dünyamızın təklənmiş sakinisiniz. Baxışlarınızı dəyişin. Çünki yanlış fikirləşirsiniz.

 

BALIQLAR – Maliyyə problemləriniz artsa da, nəzərdə tutduğunuz işlərin öhdəsindən gələcəksiniz. "Hakim" bürc olduğunuzdan enerjiniz artacaq, günortadan sonra maraqlı insanlarla görüşəcəksiniz. 

 

Mənbə : Lent.az

Sabah sizi ne gözleyir-ASTROLOJİ PROQNOZ