İçeriğe geçmek için "Enter"a basın

Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı  

30-05-2021

[r32]
xeber –

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacam”, – ABŞ rəhbəri Amerikanın milli bayramı, Xatirə günü münasibəti ilə çıxış zamanı deyib.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.


mənbə :
Report.az

Bayden Putinle muzakire edeceyi movzunu aciqladi