İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə zəncirvari qəzada 10-dan çox avtomobil toqquşub, yaralılar var

31-05-2021

[r32]
xeber –

Türkiyədə zəncirvari yol qəzası qeydə alınıb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kocaelidə, yerli vaxtla saat 04:45-də olub. Belə ki, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə aralarında yük avtomobilləri də olmaqla, 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb. Yaralıların dəqiq sayı açıqlanmır. Hadisə yerinə təcili yardım maşınları, yol polisi və xilasedicilər cəlb edilib.

Məlumata görə, hadisəyə yağıntılı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması səbəb olub.


mənbə :
Report.az

Turkiyede zencirvari qezada 10-dan cox avtomobil toqqusub, yaralilar var