İçeriğe geçmek için "Enter"a basın

Uşaqların yazmağı tez öyrenmeyinin YOLLARI

28-02-2015


28.02.2015 / 16:43 xeber –

Araşdırmalar uşaqların məktəb uğurlarında söz bazasının mühüm rol oynadığını ortaya çıxarıb. Söz xəzinəsi zəngin olan uşaqlar tez bir zamanda oxuma-yazmanı öyrənir.

 

Məktəbə hazırlıq dövrü birinci sinfə gedəcək uşaqlar üçün vacib bir dövrdür. Məktəb öncəsi dövr uşaqların dil, duyğusal, mədəni, elmi inkişafının ən sürətli olduğu dövrdür.

 

Uşaqlar üçün bu dövrdə öyrənməsinə kömək edəcək şəraitlərin yaradılması və qavrayış inkişaf elətdirən oyuncaqlarla oynamasına imkan yaratmaq lazımdır. Evində çoxlu oxuma yazma vəsaitləri olan, ailəsi tərəfindən nağıl, hekayə danışılan, rəsmli kitabları olan uşaqlar məktəbə getməmişdən əvvəl oxuma-yazmanın yarı qismini tamamlamış olurlar.

 

Oxuma, yazma biliyi üçün ən mühüm ünsürlərdən biri də söz bazasıdır.

 

Rəsmli hekayə kitabları oxuma, hekayə tamamlama, hekayə yaratmaq, dramatik oyunlar, hekayə rəsmlərini  ya özünün çəkdiyi rəsmləri izah etməsi, uşaqlarda ifadə edici dilin inkişafına kömək edir.

 

Hərf məlumatı oxuma, yazma bacarığının mühüm bir parçasıdır. Səsli hərf tanıtımları, hərflərin divarlara asılması, qumun üzərində hərfləri yazması, plastinlərdən hərf heykəlləri yaratması əlifba məlumatı yaradır.

Mənbə : Lent.az

Uşaqların yazmağı tez öyrenmeyinin YOLLARI