İçeriğe geçmek için "Enter"a basın

"Yeni Haval H6" və "Jolion" modellərinin öncədən satışına start verildi!

31-05-2021

[r32]
xeber –

Haval Azərbaycan Mərkəzi yeni 3-cü nəsil Haval H6 və yeni eksklüziv model – Haval Jolion-un öncədən satışına başlayır. Yeni modellərlə artıq avtosalonda tanış ola və sınaq yürüşünə yazıla bilərsiniz. Öncədən sifarişə yazılan hər kəsə Haval Azərbaycan Mərkəzindən 1 il və ya 20 000 km pulsuz servis, bundan əlavə dövlət qeydiyyat nişanı hədiyyə olunur.

İlk növbədə flaqman model – H6 öz tam yeni platforması və dizaynı ilə ölkə bazarına daxil olur. Yeni Haval H6-ın banı 71,61% yüksək dözümlü, 2000 Mpa termoformal poladdan hazırlanmışdır. Yeni Haval H6 2 litrlik turbo mühərriklə təchiz olunub, 204 at gücünə və 320 Nm dartqı qüvvəsinə malikdir.

Yeni H6-ın görünüşü ilə bərabər, funksionalı da qabaqcıl səviyyədədir. Avtomobili yarı avtonom şəkildə idarə etmək mümkündür, o bütün mümkün hallarda sizi qəzadan qorumağı bacarır.

Kompakt SUV seqmentində ən maraqlı, ən innovativ və ən keyfiyyətli model olan Jolion da artıq Azərbaycandadır. Şəhərin boz atmosferinə rəng qatacaq bu avtomobil öz müasir texnologiyaları sayəsində tam hüququ ilə gələcəyin avtomobili adlandırıla bilər.

Haval Jolion LEMON adlı yeni avtomobil platforması üzərində yığılmışdır. Bu platforma öz seqmentində ən müasiridir və 73% yüksək möhkəmliyə sahib poladdan hazırlanıb. 1.5 litrlik turbo gücləndirilmiş mühərrik 150 at gücünə malikdir.

Yeni 3-cü nəsil H6 avtomobili 3 komplektasiyada təqdim olunur, başlanğıc qiyməti 47 900 AZN-dir. Haval Jolion modelini isə 2 komplektasiyada görə bilərsiniz, qiyməti 37 900 AZN-dən başlayır. Haval Azərbaycan Mərkəzində siz həm də sərfəli kredit və lizinq şərtlərindən faydalana bilərsiniz. Modelləri sifariş etmək üçün *7999 şəhər telefonu ilə əlaqə saxlaya, Babək pr. 282-də yerləşən avtosalonumuzda tanış ola, və ya http://haval.az/home/appeal səhifəsində yazıla bilərsiniz.


mənbə :
Report.az

“Yeni Haval H6” ve “Jolion” modellerinin onceden satisina start verildi!