İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın sığorta bazarı 9% böyüyüb

31-05-2021

[r32]
xeber –

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 339,107 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 179,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,3% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.


mənbə :
Report.az

Azerbaycanin sigorta bazari 9% boyuyub