İçeriğe geçmek için "Enter"a basın

"Azəralüminium" MMC cərimələnib

31-05-2021

[r32]
xeber –

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

“Report”un məlumatına görə, protokol Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Zaur Hüseynovun icraatındadır.

MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Azəralüminium MMC – Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır.


mənbə :
Report.az

“Azeraluminium” MMC cerimelenib