İçeriğe geçmek için "Enter"a basın

Qoreh – Cəsk boru kəmərindən ilk neft nəql edildi

31-05-2021

[r32]
xeber –

İranın Körfəz sahilindəki Qoreh yaşayış məntəqəsini Oman körfəzi sahilindəki Cəsk neft terminalı ilə birləşdirən yeni boru kəmərilə ilk neft nəqli həyata keçirilib.

“Report” “İrNA”-ya istinadən xəbər verir ki, 1000 km uzunluğu, 1 milyon barel gündəlik ötürmə gücünə malik həmin boru kəməri vasitəsilə neft ixracatının mərkəzini Oman körfəzinə köçürmək və Hörmüz boğazından yan keçmək nəzərdə tutulur.

Qeyd edək ki, İran Milli Neft Şirkəti (NİOC) xam neftin Cəsk terminalından gələn aydan etibarən dəniz vasitəsilə ixracatına başlamağı nəzərdə tutur.


mənbə :
Report.az

Qoreh – Cesk boru kemerinden ilk neft neql edildi