İçeriğe geçmek için "Enter"a basın

Gender bərabərliyi mükafatının Azərbaycandakı qalibi açıqlandı

31-05-2021

[r32]
xeber –

Gender bərabərliyinə dair Fransa və Almaniya mükafatının Azərbaycandakı qalibi həmin ölkələrin səfirlikləri tərəfindən açıqlanıb.

“Report” xəbər verir ki, təqdimatda nitq söyləyən Fransanın Azərbaycandakı səfiri Zəkəriyyə Qros ölkəsinin cinslərarası bərabərlik prinsipinə sadiq olduğunu, ailə zorakılığına, həmçinin gender bərabərliyinə dair mövcud ehkamlara qarşı mübarizə aparmağın vacibliyini qeyd edib.

Bu il Fransada gender bərabərliyi sahəsində 1995-ci ildən bu yana ən geniş konfrans keçirilməsi nəzərdə tutulduğu da diqqətə çatdırılıb: “Biz bu konfransa Azərbaycanı da dəvət etmişik. Dəvətimizə müsbət cavab almağa, bu sahədə də yaxından əməkdaşlıq edəcəyimizə ümidvarıq”.

Daha sonra Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Maria Zull söz alıb:

“Qadınlar bərabər imkanlara malik olmalı, təhlükəsizlikləri, habelə əmək bazarında bərabər imkanları təmin olunmalı, onlara bərabər məvacib ödənilməlidir. Gender bərabərliyi mütəmadi səylər göstərilməsini şərtləndirir. Bu, Almaniya xarici siyasətinin başlıca məsələlərindən biridir. Azərbaycan qadınları arasında da bu qədər fəal, istedadlı, ilham verənləri görmək necə də gözəldir”.

Tədbirin sonunda mükafatın qalibi açıqlanıb. Bu, “Azərbaycan qadınları elmdə” təşkilatının təsisçisi Günel Ağabəylidir.


mənbə :
Report.az

Gender beraberliyi mukafatinin Azerbaycandaki qalibi aciqlandi