İçeriğe geçmek için "Enter"a basın

Ramil Usubov tapşırıq verdi

28-02-2015


28.02.2015 17:13 xeber –

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvan şəhərində növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, polis şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin qəbul edəcək. Eləcə də, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətləri dinləyib. Onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyətilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 250 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə hazırlıqlı və yararlı olan 40 namizəd seçilib.

Daxili işlər naziri həmin namizədlərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Mənbə : Anspress.com

Ramil Usubov tapşırıq verdi