İçeriğe geçmek için "Enter"a basın

Bakıda onu da tutdular

28-02-2015


28.02.2015 17:29 xeber –

Bakıda cibgir tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağababa Cambulad oğlu Cavadov müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin üzərindən 6,37 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Ağababa Cavadov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə : Anspress.com

Bakıda onu da tutdular