İçeriğe geçmek için "Enter"a basın

30 yaşlı qadını avtobusda zorladılar

28-02-2015


28.02.2015 18:14 xeber –

Avtobusda daha bir zorlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, bu dəfə zorlanma hadisəsi Braziliyanın Rio de Janeiro şəhərində qeydə alınıb.

Naməlum kişi sərnişin avtobusunda qadınlardan birini hamının gözü qarşısında zorlayıb.

Şahidlərin sözlərinə görə, təcavüzkar 30 yaşlı qadını zorlayıb. Ona yaxın gələn insanları isə bıçaqla hədələyib.

Onun narkotik vasitələrin təsiri altında olduğu ehtimal edilir.

Hazırda polis avtobusda video görüntülər təhlil edir. Şübhəli şəxsin fotorobotu hazırlanır.

Qeyd edək ki, bu ölkə Hindistandan sonra ictimai yerlərdə zorlanma hadisələrinin kütləvi şəkildə baş verdiyi ikinci yerdir. Həmçinin Rio de Janeiro avtobuslarında soyğunçuluq geniş yayılıb.

Mənbə : Anspress.com

30 yaşlı qadını avtobusda zorladılar