İçeriğe geçmek için "Enter"a basın

Penitensiar Xidmetde müşavire

28-02-2015


28.02.2015 19:33 xeber –

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində qurumun rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanovun rəhbərliyi ilə tərbiyə işinin təşkili sahəsində fəaliyyət göstərən əməkdaşlarla əməliyyat müşavirəsi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildiriblər ki, müşavirə aidiyyəti xidmət sahəsi üzrə aşkarlanan nöqsanların müzakirəsi, göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulan vəzifələrin icrasına həsr olunub.

Müşavirədə Baş İdarənin və tabe qurumların məsul əməkdaşları iştirak ediblər.

Mənbə : Anspress.com

Penitensiar Xidmetde müşavire