İçeriğe geçmek için "Enter"a basın

Putinin “qorxulu yuxusu” kimdir? – Video

28-02-2015


28.02.2015 19:50 xeber –

Rusiyada müxalifət liderinin qətli dünyada böyük əks-sədaya səbəb olub.

ANS TV-nin məlumatına görə, Boris Nemtsov hazırkı Rusiya İqtidarına qarşı əsas müxalif liderlərdən sayılırdı. Siyasətə qatıldığı 24 il ərzində o baş nazirin müavini vəzifəsinə qədər irəliləyə bilmişdi. Media onu hələ 1991-ci ildən, 32 yaşında Novqorodun qubernatoru işlədiyi vaxtdan izləyirdi. Sonradan o, Yanacaq naziri, daha sonra isə 1997 -ci ildə baş nazirin birinci müavini oldu. Hətta Yeltsinin hakimiyyəti dövründə Nemtsovun baş nazir təyin ediləcəyi də gözlənilirdi. Lakin gözlənilmədən hərbi-sənaye kompleksi, təhlükəsizlik-kəşfiyyat qruplaşması gənc siyasətçinin karyerasını alt-üst etdi. Bundan sonra Nemtsov hakimiyyət komandasından müxalifət düşərgəsinə keçdi.

Politoloqlar Boris Nemtsovu “böyük demokrat” adlandırırlar. O Rusiyada azad seçki tələb edir, Putinin xarici siyasətini tənqid edirdi.

Rusiya 2008-ci ildə Gürcüstana hücum edəndə Nemtsov bu hərbi kampaniyaya etiraz edənlərin ön cərgəsindəydi. Elə son Ukrayna hadisələrində də təcavüzü pisləyən azsaylı Rusiya siyasətçilərindən biri Nemtsov idi. İndi onun kim tərəfindən öldürüldüyü araşdırılır. Ölüm xəbəri manşetlərə Putinin “qorxulu yuxusu” öldürüldü kimi çıxarılan qətl hadisəsi dünyada böyük əks-sədaya səbəb olub.

Mənbə : Anspress.com

Putinin “qorxulu yuxusu” kimdir? – Video