İçeriğe geçmek için "Enter"a basın

“Ağabala deyir ki, günah iş görmedim”

28-02-2015


28.02.2015 20:12 xeber –

Elbrus Məmmədov “Bakı” ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi müdafiəçilərdən narazı qalıb:

“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi, tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ağabala deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Bakı”nı məğlub etməklə 2015-ci ildə ilk qələbəsini qazanıb. 9-cu dəqiqədə Ağabala Ramazanov hesabı açıb. “Bakı” buna 42-ci dəqiqədə Nurlan Novruzovun vurduğu qolla cavab verib. 79-cu dəqiqədə yenidən rəqib qapısına yol tapan Ramazanov komandasına qələbə qazandırıb – 2:1. Lakin oyunun qəhramanı görüşü başa çatdıra bilməyib və 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb.

Mənbə : Anspress.com

“Ağabala deyir ki, günah iş görmedim”