İçeriğe geçmek için "Enter"a basın

Aksiya ile bağlı resmi açıqlama

28-02-2015


28.02.2015 20:23 xeber –

Bakının mərkəzində bir qrup şəxsin bahalaşma əleyhinə etiraz aksiyası keçirmək cəhdi ilə bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə bildirib ki, vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozublar.

Onun sözlərinə görə, bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış etiraz aksiyası keçirmək istəyi: “Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb”.

Qeyd edək ki, bu gün Bakının mərkəzində, Fəvvarələr meydanında bir qrup şəxs bahalaşma əleyhinə etiraz aksiyası keçirməyə cəhd göstərib.

Aksiyaya çağırış bir müddətdir ki, sosial şəbəkələrdə yayılırdı.

Mənbə : Anspress.com

Aksiya ile bağlı resmi açıqlama