İçeriğe geçmek için "Enter"a basın

Cebhede daha 2 ermeni herbçi mehv edildi

28-02-2015


28.02.2015 / 22:58 xeber –

Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərində 2 erməni hərbçi məhv edilib. APA-nın  News.am-a istinadən verdiyi xəbərə görə, fevralın 28-də saat 14.25 radələrində cəbhə xəttinin şimal-qərb istiqamətində Ermənistan və Azərbaycan ordusunun bölmələri arasında baş vermiş atışma nəticəsində 2 erməni hərbçi ölüb. Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.    

 

Qeyd edək ki, bu gün səhər saatlarında təmas xəttində baş vermiş atışma zamanı 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.  

Mənbə : Lent.az

Cebhede daha 2 ermeni herbçi mehv edildi