İçeriğe geçmek için "Enter"a basın

Restoranda qetl: iki ölü

01-03-2015


01.03.2015 10:47 xeber –

McDonald’s restoranlar şəbəkəsində qətl hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Kanadanın Toronto şəhərində restorana yeməyə gəlmiş 25 və 40 yaşlarında kişilər silahlı mühafizəçilər tərəfindən güllələniblər.

Polisin açıqlamasında bildirilir ki, öldürülən şəxslər hadisədən əvvəl mühafizəçilərlə mübahisə ediblər.

Hüquq-mühafizə orqanları hazırda mübahisənin necə cinayətə səbəb olmasını araşdırmaq üçün videomüşahidə kameralarını analiz edir.

Mühafizəçi əlindən yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı restoranda 20-yə yaxın müştəri olub.

Mənbə : Anspress.com

Restoranda qetl: iki ölü