İçeriğe geçmek için "Enter"a basın

Qarabağ elillerinin etirazı (MÜRACİƏT)

01-03-2015


01.03.2015 11:46 xeber –

İkinci qrup Qarabağ müharibəsi əlilləri Rəhmanov Əhməd Fazil oglu və Süleymanov Adil Əhməd oğlu Azərbaycan respublikasında yaşayan əlillər və onların hüquqlarını qoruyan təşkilat rəhbərlərinə müraciət ünvanlayıb.

ANS PRESS-ə göndərilən müraciətdə deyilir:

“Bildiyiniz kimi, “Əlillərin Sosial Mudafiəsi haqqında Azərbaycan Respublikası Qanun”unda əlillərin məşğulluğu ilə bağlı bir çox maddələr vardır. Bunların arasında da əsas rollardan birini 25-ci maddə təşkil edir. Bu maddəyə görə, mənsubiyyətindən asılı olmayaraq bütün idarə və təşkilatlara əlillərin işlə təmin olunmasının vacibliyi vurgulanır. Həmin maddədə əsasən, hər bir idarə, müəssisə və təşkilatda 25 işcidən 1-ni əlliliyi olan insan təşkil etməlidir və bu kvotanı pozanlar orta əmək haqqının 3 misli qədər, əlili işdən cıxaranlar isə 20 misli qədər Dövlət Sosail Mudafiə Fonduna cərimə ödəməlidir. Lakin bu qanun bu günə kimi ancaq kağız üzərində qalmışdır.

Əlillərimizin əksəri isə bu gün işsizdir və dövlətin ayırdıgı cüzi pensiyaya möhtacdır. Heç kimdən gizli deyil ki, əlillərimiz cox hissəsi valideyn və yaxınlarının himayəsində olmasalar, verilən pensiya ilə dolana bilməzlər. Bu səbəbdən də, sizləri öz əmək hüquqlarımızın mudafiəsinə cağırırıq. Biz artıq bir necə dəfə şəxsən özümüz və üzvu oldugumuz əlillər təşkilatları adından əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslumova bu qanunun həyata kecməsi, kvotanı təmin etməyən təşkilatlar barədə ciddi tədbirlər görülməsi ilə bağlı müraciətlər etməyimizə baxmayaraq, bu günə kimi hec bir tədbir görulməyib”.

Qeyd edək ki, əlillərin sözügedən müraciətilə bağlı 2 mart 2015-ci il tarixində Prezident Administrasiyasının qarşısına imza toplama aksiyası keçiriləcək. Aksiya ücün artıq Bakı şəhər İcra Hakimiyyətinə muraciət olunub.

Mənbə : Anspress.com

Bir yorum

  1. vuqar 01/03/2015

    INSALLAH BUTUN TORPAQLAR ALINAR ERMENILER,ISID DAGILSIN

Yorumlar kapatıldı.

Qarabağ elillerinin etirazı (MÜRACİƏT)