İçeriğe geçmek için "Enter"a basın

Yeni Quantanamo yaradılıb? (VİDEO, FOTO)

01-03-2015


01.03.2015 12:30 xeber –

ABŞ-ın Çikaqo şəhərində yüzlərlə insan polisin fəaliyyətinə etiraz olaraq küçələrə axışıb.

ANS PRESS-in məlumatına görə, etirazçılar iddia edirlər ki, yerli istintaq təcridxanası gizli Quantanamo həbsxanası ilə eyni təyinata malikdir. Aksiya iştirakçıları buna görə “Homan Square” adlı yerin bağlanmasını tələb ediblər.

Onların iddiasına görə, polis həmin yeri istintaq zamanı gizli dindirmələr üçün istifadə edir. “Bu binanın içərisində sorğu-sual otaqları və qəfəslər var. Ora düşən insanlara zəng etməyə, müdafiə üçün vəkillərin xidmətindən istifadə etməyə, məhkəmə işinin aparılmasına icazə verilmir. “Homan Square” binasına aparılanlar isə saatlarla “yoxa çıxa” bilərlər”, – deyə aksiya iştirakçıları bildiriblər.

Lakin Çikaqo polisi bütün bu ittihamları rədd edib. Mayor Ram Emmanuel isə bildirib ki, onlar bütün qaydalara əməl edirlər. İnsanlar isə bundan daha da hiddətləniblər. Etirazçılar növbəti aksiyanı martın 2-də məhz həmin mayorun ofisinin yanında keçirməyi planlaşdırırlar.





Mənbə : Anspress.com

Yeni Quantanamo yaradılıb? (VİDEO, FOTO)