İçeriğe geçmek için "Enter"a basın

Yasamalda qadınlar arasında DAVA

01-03-2015


01.03.2015 / 12:58 xeber –

Bakıda küçədə qadınlara arasında dava olub. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü Həmidova Sürayyə Ağamusa qızı müraciət edərək bildirib ki, küçədə tanımadığı iki qadının hücumuna məruz qalıb. Şikayətçi həmin şəxslərlə arasında hansı səbəbdən münaqişənin yaranmasını bildirməyib. S.Həmidova xəsarət aldığını qeyd edib və hər iki qadının cəzalandırılmasını xahiş edib.

 

 

Müraciət əsasında araşdırma aparılır.

Mənbə : Lent.az

Yasamalda qadınlar arasında DAVA