İçeriğe geçmek için "Enter"a basın

Meyxanaçı Kerim xalası qızlarını biabır etdi

01-03-2015


01.03.2015 13:10 xeber –

Tanınmış meyxanaçı Kərim savadlı qızların savadsız, ali təhsilli qızlara nisbətdə daha çox boşandığını düşünür.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin “Bazar səhəri” verilişinin qonağı olan meyxanaçı özünəməxsus fikirlər səsləndirib.

O, yalnız ev tərbiyəsi almış kənd qızlarının ailə baş verən problemlərə dözümlülüyü böyüyə və həyat yoldaşına hörmətlə əlaqələndirib.

Ali təhsilli xanımların çoxunun yemək bişirməyi bacarmadığını deyən Kərim bəy nümunə kimi öz xalası qızlarını da misal çəkdi: “Mənim xalam qızları gəlin köçəndə qutularla kitab cehiz aparmışdı. Oxumuş qızlar idi, fikirləri-zikrləri oxumaq idi, amma adi yemək bişirə bilmirdilər. Yaxşı ki, qaynanaları başa düşən xanımlar idi, onları yola verməyi bacardı. Vallah, qaynanaları pis olsaydı, ailələri dağılardı bəlkə də”.

Mənbə : Anspress.com

Meyxanaçı Kerim xalası qızlarını biabır etdi