İçeriğe geçmek için "Enter"a basın

Seide Sultan: “Özünü böyük kimi aparmayan yaşlı insanlara hörmet etmirem”

01-03-2015


01.03.2015 13:30 xeber –

“Özünü böyük kimi aparmayan yaşlı insanlara hörmət etmirəm”

Keçən il ata nənəsi ilə canlı efirdə münaqişə yaşaması ilə tənqid hədəfi olan Səidə Sultan belə düşünür.

ANS PRESS-in məlumatına görə, Rövşanə Ağasəfqızının “Bazar səhəri” verilişinin qonağı olan müğənni müzakirələr zamanı fərqli fikirlər səsləndirib.

Xanım sənətçinin fikrincə hər yaşca böyük olan şəxs hörmətə layiq deyil.

“Əgər böyük böyüklük etmirsə mən ona böyük kimi baxmıram. Özünü böyük kimi aparmayan böyükə heç uşaq kimi də baxmıram. Böyük mənə nümunə olmalıdır”- deyə öz şəxsi fikrini bildirib.

İfaçı sənət adamı olmasına baxmayaraq ev işlərinin öhdəsindən gəlməyi bacardığını bildirdi: “Yemək bişirəm, ev yığışdırıram. Anamın verdiyi tərbiyə belə olub. Evdə üç bacı olmuşuq, biz hər şeyi özümüz etmişik.

Səidə Sultan ərə gedəcəyi insanın kişi olmaqla bərabər insani keyfiyyətlərinin də olmasının vacibliyini vurğuladı: “Kişi dürüst olmalıdır, xanıma qiymət verməyi bacarmalıdır”.

Mənbə : Anspress.com

Bir yorum

  1. Sahib 04/03/2015

    sene layiq olan sozleri nenen deyib

Yorumlar kapatıldı.

Seide Sultan: “Özünü böyük kimi aparmayan yaşlı insanlara hörmet etmirem”