İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda “facebook” istifadeçileri keskin azalıb

01-03-2015


01.03.2015 / 13:45 xeber –

Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı azalıb.

Lent.az Trend-ə istinadən məlumat verir ki, "Global State" statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı 7% azalıb.

"Facebook" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı fevralın sonuna 81,57 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 21 faiz ötür.

2015-ci ilin ilk 2 ayı ərzində isə "Twitter" istifadəçilərinin sayı 52,2 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda fevralın sonuna Twitter-ın payı 8,57 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 2,38 faizlə "В контакте" qərarlaşıb. "Pinterest" – 2,08%, "Google+" – 1,94%, "Tumblr" – 1,93% və "YouTube" 0,47 faizlə sonrakı yerləri tutur.

Mənbə : Lent.az

Azerbaycanda “facebook” istifadeçileri keskin azalıb