İçeriğe geçmek için "Enter"a basın

“Mercedes” dereye aşdı

01-03-2015


01.03.2015 14:45 xeber –

Suraxanı rayonunda maşın dərəyə yuvarlanıb.

Hadisə yerində olan Zeynalov Rüfətin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 14:00-14:20 radələrində “Mercedes” markalı, 90EZ144 dövlət nömrə nişanlı avtomobil Günəşli-Qaraçuxur yolu ilə hərəkət edərkən dərəyə aşıb.

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar haqqında isə hələlik dəqiq məlumat yoxdur.

“Hal-hazırda hadisə yerinə kran gətirilib. Maşın qaldırılır. Avtomobil həmin yerdə bəzi evlərə ziyan vurub. Belə ki, avtomobilin aşdığı yerdə evlər var. Maşın evlərin hasarına çırpılıb. Həmin yolda indi də tıxac var”, – deyə Zeynalov Rüfət bildirib.

Mənbə : Anspress.com

Bir yorum

  1. vuqar 01/03/2015

    oxuya bilmedim olen varsa allah rehmet elesin

Yorumlar kapatıldı.

“Mercedes” dereye aşdı