İçeriğe geçmek için "Enter"a basın

Cebhe xettinde çörek zavodu tikilir

01-03-2015


01.03.2015 / 15:13 xeber –

Füzuli rayonunun Zobucuq qəsəbəsində müasir tələblərə cavab verən yeni çörək zavodunun tikintisi başa çatmaq üzrədir. Lent.az-ın məlumatına görə, gündəlik istehsal gücü 50 min ton olacaq zavodun ümumi sahəsi 749 kvadratmetrdir. Burada istehsal sahəsi ilə yanaşı, həmçinin anbar, laboratoriya, yeməkxana və sanitar qovşaq da yaradılacaq. Müəssisənin avadanlıqları Rusiyadan gətiriləcək.

Hazırda zavodda tamamlama işləri aparılır. İşlərin bu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Zavod fəaliyyətə başlayandan sonra burada əsasən məcburi köçkünlər olmaqla, 30-dan çox yerli sakin işlə təmin ediləcək.
 

Mənbə : Lent.az

Cebhe xettinde çörek zavodu tikilir